Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi inşa olunacaq - VİDEO

 15:07 08.07.2025     84

Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu Qarabağ iqtisadi rayonunda nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişindaşımada mobilliyi artıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Belə ki, uzunluğu 28 kilometr olan bu dəmir yolu xətti üzrə:

- layihələndirmə işləri tamamlanıb;

- Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi inşa olunacaq;

- Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Qarqarçayın sahilində, 6.4 ha sahədə tikiləcək;

- beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur.