Mixail Qusmandan İlham Əliyevlə bağlı TƏKLİF

 15:16 08.07.2025     72

Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı verdiyi 26 müsahibə peşəkar jurnalist diplomatiyasının ən böyük fantastik nümunəsidir.

Redaktor.az xəbər verir ki, bu fikri iyulun 8-də Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.

Noyabr ayında çox vacib bir tarixin - böyük Qələbənin beş illiyinin qeyd olunacağını diqqətə çatdıran Mixail Qusman Medianın İnkişafı Agentliyinin rəhbərliyinə müraciət edərək həmin ərəfədə Prezident İlham Əliyevin Azərbaycan mediasının inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edərək deyib: “Düşünürəm ki, bu, çox vacib konfrans olacaq. Üstəlik, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı verdiyi 26 müsahibə peşəkar jurnalist diplomatiyasının ən böyük fantastik nümunəsidir. Bilirəm ki, bu müsahibələrlə bağlı bir kitab nəşr edildi. Lakin mənə elə gəlir ki, Ali Baş Komandanın informasiya sahəsindəki şücaəti ayrıca müzakirə və təhlil olunmalıdır. Belə bir konfrans keçirilsə, xoşbəxt olaram".