Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Azərbaycan-İsrail Beynəlxalq Assosiyasiyasının” (Azİz) təşkilatçılığı ilə Azərbaycan-lsraili kinematoqrafçılarının birgə istehsalı olan “Sevgimizin yolları” filminin təqdimatı keçirib.
Redaktor.az xəbər verir ki, tədbirdə tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.
“Sholumi” (İsrail) studiyasının məhsulu olan ekran əsərində Azərbaycan əsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edilir, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur. Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov (Azərbaycan), prodüsser Shaul Siman-Tovdur (İsrail), operatorları Royal Quluzadə, Vusal Nazimoğlu və Sərxan Mədətlidir (Azərbaycan).





