“Uğura gedən yolda ilk addım düzgün məqsəd müəyyənləşdirməkdir”

Hədəflərə doğru irəliləmək və motivasiyanı qorumaq üçün doğru yanaşma seçmək vacibdir.
Redaktor.az xəbər verir ki, psixoloq Dariya Yakuba lenta.ru-ya müsahibəsində bu haqda danışıb.
Onun sözlərinə görə, uğura gedən yolda ilk addım düzgün məqsəd müəyyənləşdirməkdir. Bu məqsəd ölçülə bilən, real, zamanla məhdudlaşdırılmış və şəxsi dəyərlərlə uyğun olmalıdır. Əgər məqsəd geniş və mürəkkəbdirsə, onu kiçik və yerinə yetirilə bilən tapşırıqlara bölmək tövsiyə olunur.
Yakuba vurğulayıb ki, insan nə üçün çalışdığını başa düşdükdə motivasiyasını daha asan qoruyur. Bu prosesdə ətraf mühitin və həmfikirlərin dəstəyi də mühüm rol oynayır onlar həm təşviq edir, həm də maraq göstərərək prosesi müşayiət edirlər.
Psixoloq həmçinin qeyd edib ki, irəliləyişin qiymətləndirilməsi və aralıq nəticələrin izlənməsi motivasiyanı qorumağa kömək edir. Bu, keçilən yolu görməyə və gələcək addımları düzgün müəyyən etməyə imkan verir.
Sonda Yakuba əlavə edib ki, uğursuzluqlar da bu yolun bir hissəsidir. Onları düzgün təhlil etmək və səhvlərdən dərs çıxarmaq gələcək uğurun əsasını təşkil edir.
Aytəkin TOFİQQIZI