Dünyanın məşhur səyahətçisi Xankəndidən Avropa və Kanadaya məktublar göndərib - FOTO

 17:50 10.07.2025     141

Dünyanın 30 ölkəsindən Qarabağa səfər edən səyyahlar, iyulun 10-da Füzuli və Şuşadan sonra Xankəndi şəhərinə gəliblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, səyyahlar Xankəndi şəhərinin mərkəzi meydanında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq  işləri ilə tanış olublar. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Xankəndi işğaldan azad edildikdən sonra görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi siması özünə qayıdır və bu gün Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir.
Səyyahlar Xankəndi şəhər poçt şöbəsində də olublar. Dünyaca məşhur olan səyyah İrlandiyalı David Joseph Langan Xankəndi şəhəri poçtundan İrlandiya və Kanadaya məktub və açıqca göndərib. Bu tarixi bir hadisə səyyahlarda xoş ovqat yaradıb.

Qeyd edək ki, heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır. Xatırladaq ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura beynəlxalq səyahətçilərin 13 dəfə səfəri  təşkil olunub.

2222222
Vumart və Güvən reklamı Vumart Güvən