Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

 12:55 13.07.2025     157

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, iyulun 14-də zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

 

Vumart və Güvən reklamı Vumart Güvən