Havanın maksimal temperaturunun qeydə alındığı ərazilər açıqlandı - FAKTİKİ HAVA

İyulun 13-ü saat 14:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin Redaktor.az-a verdiyi məlumata görə, iyulun 13-ü saat 14:00-a olan məlumatına əsasən, hazırda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 38, Naxçıvan MR-da 37, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınır.