Abituriyentlərin topladığı balların statistik təhlili AÇIQLANDI

I–IV ixtisas qrupları üzrə imtahanda iştirak edən abituriyentlərin 27.97 faizi 100-200 bal aralığında nəticə göstərib. Yalnız 11.28 faiz 500-700 bal aralığında nəticə toplaya bilib. 0–100 bal toplayanların faizi isə 13.47-dir.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, eyni ixtisas qruplarında qəbul olan abituriyentlərin 46.07 faizi 300–500 bal aralığında nəticə göstərib: “29.37 faizi 200–300 bal aralığında, 5.48 faizi isə 150–200 bal toplayıb.
V ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyentlərin 27.14 faizi 50–100 bal aralığında nəticə göstərib. 27.14 faiz isə 0–50 bal aralığında nəticə göstərib. 200–300 bal toplayanlar 19.86 faiz təşkil edib.
V ixtisas qrupu üzrə qəbul olan abituriyentlərin 48.01 faizi 100–150 bal, 27.53 faizi isə 150–200 bal aralığında nəticə göstərib. Yüksək nəticə – 250–300 bal aralığında olanların faizi isə cəmi 3.85-dir”.