Ağsuda "14 İyul Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün və Tərəqqi yolunun başlanğıcı" adlı tədbirlər keçirildi - FOTO

Konstitusiya və Suverenlik ili çərçivəsində YAP Ağsu rayon təşkilatının “Bələdiyyə işçiləri”, “Şəhər”, “Şəhər Mərkəzi”, “Elektrik şəbəkə” və “Kəndoba” ərazi partiya təşkilatlarında 14 iyul Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsi ilə əlaqədar “14 İyul Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün və Tərəqqi yolunun başlanğıcı” adlı tədbirlər keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirlərdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şirin canlarından keçmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev 14 İyul 1969-cu il tarixinin ölkəmizin həyatına qızıl hərflərlə yazıldığını və həmin tarixin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Vurğulayıb ki, məhz Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə ölkəmizin intibah dövrü başladı. Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Qeyd edib ki, Ümummilli Lider tərəfindən əsası qoyulan möhkəm təməl üzərində Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yarada bildi. Məhz bunun sayəsində torpaqlarımızın işğaldan azad edildiyi gün yetişdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Üçrəngli bayrağımız yenidən doğma Qarabağda, iftixar mənbəyimiz olan Şuşada dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi.
Daha sonra çıxış edənlər vurğulayıblar ki, ulu öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.













