Ramin Məmmədov Ağsuda məscidlərin fəaliyyəti ilə tanış oldu - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 14-də Ağsu şəhərindəki "Nuranxatun" və "Hacı Alcan-Hacı Almaxanım məscidlərini ziyarət edib.
Komitədən Redaktor.az-a verilən məlumata görə, ziyarət çərçivəsində komitə sədri məscidlərin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə söhbət edib.
R.Məmmədov bildirib ki, Azərbaycan dünyəvi dövlət modelinə əsaslanan, eyni zamanda öz tarixi-mədəni və mənəvi irsinə dərin hörmətlə yanaşan ölkədir:
"Ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər imkanlar, əlverişli şərait yaradılıb. Din xadimlərinin dini maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və gənclərin sağlam düşüncə ilə yetişdirilməsi istiqamətində fəaliyyətləri mühüm əhəmiyyət kəsb edir".





