“Bu gün regonda sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb” - Afət Həsənova

 18:30 14.07.2025     121

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilən ikitərəfli görüş sülh regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələdir.

Redaktor.az xəbər verir ki, bunu iqtisadiyyat.az-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Onun sözlərinə görə, görüşün ən mühüm əhəmiyyəti vasitəçilər olmadan, iki tərəf arasında keçirilməsi idi: “Adətən vasitəçilər görüşlər zamanı öz maraqlarını da önə çəkirlər ki, bu da müsbət nəticələrin əldə olunmasında maneçilik törədir.

Azərbaycan hər zaman postmünaqişə dövründə danışıqların vasitəçilər olmadan həyata keçirilməsinin zəruriliyini bəyan edirdi və bu formatın daha səmərəli olmasını əminliyini bildirdi. Baş verən proseslər göstərdi ki, Azərbaycan öz mövqeyində haqlıdır. Bu baxımdan Abu Dabidə keçirilən görüşü daha səmərəli hesab edirəm”.

Deputat bildirib ki, görüş barəsində artıq tərəflər müsbət mövqelərini bildiriblər, görüşün kostruktiv mühitdə keçməsini qeyd ediblər: “Görüş zamanı əldə olunan nəticələr sülh müqaviləsinin imzalanması prosesinə mühüm töhfə vermis olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edildi ki, görüş nəticəsində sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Ermənistan tərəfinin də bəyanatında bildirildi ki, Ermənistan Əbu-Dabidə baş tutmuş görüşü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək reallaşdırılması üçün ciddi əsas ola bilər”. 

A.Həsənova vurğulayıb ki, bu gün regonda sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb: “Ermənistanın son dövrdə davranışları sülhün bərqərar olmasına ümidlər yaratsa da yekun nəticənin əldə olunması, o cümlədən, sülh sazişinin imzalanması üçün Ermənistan tərəfi bundan sonrakı dövrdə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməlidir”.

Vumart və Güvən reklamı Vumart Güvən