Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ

 19:23 14.07.2025     160

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə sabahkı hava əhali üçün əlverişsizdir.

"Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil", - məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən