Kartalkayadakı otel yanğını: Baş direktorun otaqdan qaçdığı görüntülər ortaya çıxdı

 23:58 14.07.2025     125

Türkiyədə Bolu Kartalkaya Xizək Mərkəzində 78 nəfərin həyatını itirdiyi, 133 nəfərin yaralandığı "Grand Kartal Otel" yanğınında otelin baş direktoru Emir Aras, həyat yoldaşı Yönetim Kurulu Üzvü Elif Aras və övladının yanğın baş verən anlarda otaqlarını tərk etdiyi görüntülər üzə çıxıb.

Redaktor.az xəbər verir ki, təhlükəsizlik kamerasının qeydlərinə görə, yanğın yerli vaxtla saat 03:16-da başlayıb. Saxlanılan şəxs Emir Aras və ailəsi saat 03:34-də otaqlarından qaçaraq çıxdıqları anlar görüntülərdə əks olunub.

Emir Arasın ailəsi ilə qaldığı 7-ci mərtəbədəki otaqdan çıxaraq koridorun sonuna doğru qaçdığı, bir müddət sonra geri qayıdaraq otağa girdiyi görünür. Elif Arasın da panika içində koridora baxaraq yenidən otağa qayıtdığı, daha sonra ailə üzvlərinin geyinərək otaqdan çıxıb qaçdıqları görüntülərdə əks olunub.

Kameralar həmçinin qısa müddət sonra koridorun tüstü ilə dolduğunu qeydə alıb.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən