"FETÖ tamamilə məhv edilənədək Türkiyə mübarizəyə davam edəcək"

 11:55 15.07.2025     249

"15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi".

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9 illiyi münasibətilə keçirilən anım tədbirində deyib.

Səfirin sözlərinə görə, bu xain hücumun dəf edilməsində ən böyük pay dövləti və milləti üçün canını qurban verməyə hazır olan Türkiyə xalqıdır:

"Zəfərin adı Türkiyədir. Can Azərbaycanın güclü dəstəyini də xatırlatmaq istəyirəm".

B.Akgün bildirib ki, 9 il ərzində Türkiyə FETÖ ilə mübarizə aparıb.

"Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik" - səfir vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən