Uşaq peçenyesinin içindən dəmir parçası çıxdı - FOTO

 14:27 15.07.2025     143

Bakıda mağazadan alınan uşaq peçenyesinin içindən dəmir parçasının çıxdığı iddia olunur.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Mirəli Süleymanov adlı valideyn sosial şəbəkə hesabında paylaşım edib.

“Bu, uşaqlar üçün alınan “Bolluq LTD” MMC məhsuludur. Sizcə, bunu uşaq yesə, sağ qalarmı?! Çox məsuliyyətsizlik edirlər, uşağı zülmlə saxla, hansısa firmanın diqqətsizlik və məsuliyyətsizliyinə qurban ver. Utanın heç olmasa, öz övladlarınızı düşünün”, - deyə M.Süleymanov bildirib.

Məsələ ilə bağlı “Bolluq LTD” MMC-nin Keyfiyyətə nəzarət və laboratoriya departamentinin müdiri Məmməd Dünyamalıyev bildirib ki, şikayət araşdırılıb və həmin məhsulun “Bolluğ”a məxsus olmadığı üzə çıxıb:

“Məlumat bu gün səhər bizə daxil olub. Həmin məhsulun foto müşahidəsi aparılanda elə görünür ki, qeyd olunan peçenye yağlıdır və onun tərkibi iki lay qatdan ibarətdir. Amma orada göstərilən məhsul isə üçqatlı tort məhsulunun strukturudur. Yəni ambalaj bizimdir, amma orada qoyulan məhsulun isə bizim məhsulla uzaqdan-yaxından əlaqəsi yoxdur. Dəfələrlə belə hallar baş verib. Yəni sellofan bizim olur, içinə isə suxarı məhsulu tökürlər ki, bu, “Bolluğ”un məhsuludur, içindən iy gəlir və s. Məhsulu araşdırdıqda isə görürsən ki, suxarı qırıntılarının heç bizim istehsalımızla əlaqəsi yoxdur. Bunlar hamısı şantaj xarakterlidir və yaxud müəyyən bir vəsait almaq üçün edilir”.

 



Vumart və Güvən reklamı Vumart Güvən