Bayrağımız asılan avtomobillər Rusiya küçələrində - VİDEO

Rusiyanın Saratov şəhərində yolda Azərbaycan bayraqları ilə hərəkət edən avtomobillərin görüntüləri yayılıb.
Redaktor.az xəbər verir ki, görüntülər “Mnoqonatsional” teleqram kanalında paylaşılıb.
Videodan maşınların qırmızı və ağ lentlərlə bəzədildiyini də görmək mümkündür. Ehtimal edilir ki, avtomobillər toy karvanının bir hissəsi olub.
Rusiya Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsindən TASS-a bildirilib ki, videogörüntü ilə bağlı araşdırmalara başlanılıb.
"Qafqazinfo"ya istinadla həmin görüntüləri təqdim edirik: