“Azərişıq” Tovuzun bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir - VİDEO

“Azərişıq” ASC regionların elektrik təsərrüfatını yeniləmək məqsədilə quruculuq işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən yenidənqurma işləri nəticəsində Tovuzun Göyəbaxan və Aşağı Quşçu kəndlərinin köhnəlmiş elektrik şəbəkələri yenidən qurulur.
Göyəbaxan kəndində istismar müddətini başa vurmuş dayaqlar və elektrik xətləri, eləcə də sayğaclar yeniləri ilə əvəz olunub. Həmçinin kənddə müasir tipli 2 Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Aşağı Quşçu kəndində yerləşən Qaradaş yaşayış massivinin elektrik təsərrüfatının yenilənməsi məqsədilə 0.4 kV-luq müasir tipli kompozit dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Əhalinin elektrik enerjisinə artan təlabatı nəzərə alınaraq yaşayış massivində 4 yeni güc mərkəzinin quraşdırılması nəzərdə tutulub. Rayonun Çobansığnaq, Nəmxoş və Sarıtala kəndinin də elektrik şəbəkəsi yenilənəcək.
“Azərişıq” ASC Tovuzla yanaşı ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə xidmət etməkdir.