Sabunçu rayonunun bir hissəsində işıq OLMAYACAQ

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan Redaktor.az-a verilən məlumata görə, 17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata
"Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində Leyla Məmmədbəyli, Nazim İsmayılov, Səmədbəy Mehmandarov, Yavər Əliyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.