"Şəki" dairəsində tikintinin yekunlaşacağı vaxt açıqlandı - VİDEO

 11:00 17.07.2025     150

Bir müddətdir Bakının Nərimanov rayonunda Y.V.Çəmənzəminli və Albert Aqarunov küçələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (məşhur “Şəki” restoranın yerində)  aparılan təmir işlərinin böyük hissəsi tamamlanıb.

Redaktor.az Real TV-yə istinadla xəbər verir ki, hazırda ərazidə iri tunel qazılır.

Layihə 2025-2030-cü illərin Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Həsən Əliyev və Müzəffər Nərimanov küçələri arasında uzunluğu 3,9 km olan yol əsaslı şəkildə qurulur. Bu küçə genişləndirilərək 6 zolaqlı yol salınır. Ümumi layihədəki 4 avtomobil tunelindən biri bu əraziyə düşür.

Həmçinin layihəyə uyğun olaraq, ərazidə 3 böyük piyada keçidinin inşası nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, artıq tunelin istinad divarları, üstünün beton örtüyü tamamlanmaq üzrədir. Sözügedən ərazidə işlər 65-70 faiz yekunlaşıb, ən geci bu ilin sonunadək tamamilə yekunlaşacaq.

Daha ətraflı süjetdə:

Vumart və Güvən reklamı Vumart Güvən