Azərbaycanda hərbi cinayətlərin sayı kəskin azalıb

 12:21 18.07.2025     97

“Azərbaycanda hərbi cinayətlərin sayı kəskin azalıb”.

Redaktor.az  xəbər verir ki, bu barədə Respublika hərbi prokuroru Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci yarımili ilə müqayisədə 2025-ci ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9%, o cümlədən hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 45,3%, fərarilik cinayətləri 70% azalıb.

Vumart və Güvən reklamı Vumart Güvən