İnternet modemlərin Azərbaycana buraxılmaması istiqamətində danışıqlar aparılır

 12:30 18.07.2025     99

Azərbaycana gətirilən internet modemlərlə bağlı dövlət standartı yoxdur.

Redaktor.az  APA-ya istinadla xəbər verir ki, bunu “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi mövzusunda keçirilən təlimdə İnformasiya Kommunikasiya Texnologiyaları Agenrliyinin əməkdaşı Rəşad Həsənov deyib.

“Biz 5 Ghz modemlərin gətirilməsini təşviq edirik. 2,4 Ghz modemlərdən imtina edilməsinə çalışırıq. Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparırıq ki, 2,4 Ghz modemlər ölkəyə buraxılmasın”, - deyə o əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən