"Vumart Gross"da üzvlük kartı ilə daim sərfəli qiymətlərə alış-veriş imkanı

"Vumart Gross" artıq müştərilərinə üzvlük kartı təqdim edir. Bu kartla siz istənilən vaxt məhsulları endirimli və topdan qiymətlərlə əldə edə bilərsiniz. Ailə xərclərinə qənaət etmək istəyənlər üçün bu təklif çox sərfəlidir. "Vumart Gross"da həm pərakəndə, həm də topdan satış mövcuddur. Üzvlük kartı sayəsində isə bütün məhsulları topdan qiymətlərlə almaq mümkündür ki, bu da gündəlik alış-verişdə əhəmiyyətli qənaət imkanı yaradır.
Kartı necə əldə etmək olar?
Üzvlük kartına sahib olmaq üçün sadəcə mağazada sadə bir qeydiyyat prosesi kifayətdir. Müştəri şəxsi məlumatlarını – ad, soyad, doğum tarixi və əlaqə nömrəsini təqdim etdikdən dərhal sonra kart aktivləşir və istifadəyə hazır olur.
Kart sahibləri "Vumart Gross"un təqdim etdiyi müxtəlif məhsul kateqoriyalarını - ət və süd məhsulları, içkilər, uşaq və təmizlik vasitələri kimi gündəlik tələbat mallarını endirimli qiymətlərlə əldə edirlər. Bu üzvlük kartı tamamilə ödənişsizdir və 50 manat civarında alış-veriş edən hər bir müştəriyə kart təqdim olunur.
Daha çox qənaət üçün doğru ünvan – Vumart Gross!