Səbinə Əliyeva vətəndaşların müraciətini dinlədi - FOTO

 15:02 18.07.2025     83

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva iyulun 17-18-də Bakı şəhərində vətəndaşların müraciətini dinləyib.

Redaktor.az xəbər verir ki, qəbul üçün müraciət etmiş şəxslərin hər biri ombudsmanla fərdi qaydada görüşüb. Bir sıra məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması məqsədilə müvafiq dövlət qurumlarına müraciət ediləcəyi qeyd olunub.

Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün ənənəvi vasitələrlə yanaşı, Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi, elektron poçt ünvanları, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən