Bakıda 26 nömrəli marşrutun avtobusları yenilənir

 18:27 19.07.2025     263

Bakının Binəqədi rayonunun Həmzə Babaşov küçəsini Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi ilə əlaqələndirən 26 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.

Bu barədə Redaktor.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Foton” markalı 5müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.

"Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

Vumart və Güvən reklamı Vumart Güvən