3-cü Şuşa Qlobal Media Forumu işə başlayır - FOTO

“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici qonaqları daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakının nəzərdə tutulduğu Forum fikir və təcrübə mübadiləsi üçün mühüm əməkdaşlıq platforması rolunda çıxış edir.
Forum çərçivəsində “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı 3 panel sessiyanın, bununla yanaşı “Süni intellekt dövründə jurnalistika: Avtomatlaşdırma şəraitində həqiqətin qorunması” mövzusunda təkbətək görüşün və müxtəlif paralel tədbirlərin təşkil olunması planlaşdırılır.
7 / 10