Azərbaycandakı şəkərli diabet xəstələrinin sayı açıqlandı

 11:29 20.07.2025     216

2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 33 533 nəfər olub.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 134-ü insulindən asılı, 32 399-u isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Həmçinin, 2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 423 523 nəfər olub.

Onlardan 39 211-i insulindən asılı, 384 312-si isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Əvvəlki illərə üzrə əhalinin şəkərli diabetlə xəstələnməsinə dair statistik məlumatlar aşağıdakı kimi olub:

  2016 2017 2018 2019 2020 2021 2022 2023
İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı -cəmi, nəfər 23 909 24 881 24 774 27 157 25 430 30 236 25 417 30 500
onlardan:                
insulindən asılı şəkərli diabet xəstələri 1 510 1 405 1 611 1 265 947 1 050 870 1 044
insulindən asılı olmayan şəkərli diabet xəstələri 22 399 23 476 23 163 25 892 24 483 29 186 24 547 29 456
Əhalinin hər 100 000 nəfərinə - cəmi 248,1 255,6 252,3 273,5 254,3 301,0 251,8 300,4
onlardan:                
insulindən asılı şəkərli diabet xəstələri 15,7 14,4 16,4 12,7 9,5 10,4 8,6 10,3
insulindən asılı olmayan şəkərli diabet xəstələri 232,4 241,2 235,9 260,7 244,8 290,6 243,2 290,1
Tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı -cəmi, nəfər 226 945 243 226 255 470 272 842 287 466 306 751 320 982 385 179
onlardan:                
insulindən asılı şəkərli diabet xəstələri 28 829 30 010 30 863 30 740 29 763 30 150 29 804 35 765
insulindən asılı olmayan şəkərli diabet xəstələri 198 116 213 216 224 607 242 102 257 703 276 601 291 178 349 414
Əhalinin hər 100 000 nəfərinə - cəmi 2 342,1 2 487,5 2 590,6 2 735,5 2 867,2 3 048,2 3 169,5 3 783,4
onlardan:                
insulindən asılı şəkərli diabet xəstələri 297,5 306,9 313,0 308,2 296,9 299,6 294,3 351,3
insulindən asılı olmayan şəkərli diabet xəstələri 2 044,5 2 180,5 2 277,6 2 427,3 2 570,3 2 748,6 2 875,2 3 432,1

Qeyd edilib ki, səhiyyə statistikasına dair məlumatlar Səhiyyə Nazirliyi tərəfindən illik dövriliklə ildə bir dəfə təqdim olunur (Trend).

Vumart və Güvən reklamı Vumart Güvən