Bakı metrosuna yeni mətbuat katibi TƏYİN EDİLDİ

 15:15 21.07.2025     181

“Bakı Metropoliteni” QSC-yə yeni mətbuat katibi təyin edilib.

Redaktor.az xəbər verir ki, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib.

Metropolitenin əvvəlki mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətini Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib.

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən