Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

 12:17 22.07.2025     126

Günəşdəki koronal dəliklərlə əlaqədar 23-24 iyul tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz teleqram kanalında məlumat yayıb.

“Sabah - çərşənbə günü ərzində nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür. Pik nöqtəsində isə birinci - minimalsəviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. İyulun 24-ü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.

Vumart və Güvən reklamı Vumart Güvən