"Yeni düzəndə Azərbaycan mediası üçün yeni çağırışlar və prioritetlər mövcuddur" - Deputat

 14:54 22.07.2025     111

"Azərbaycan mediasının son illər daha da inkişaf etdiyini müşahidə edirik. Nəzərə alsaq ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra regionda yeni düzən formalaşıb. Bu yeni düzən kontekstində yeni medianın aktivliyi və medianın gücü olduqca önəmlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Vüqar Bayramov Azərbaycan mediasının inkişafından danışarkən bildirdi.

"Azərbaycan mediası, xüsusilə dövlətçilik məsələlərində, ölkəmizin maraqlarının təqdim olunmasında xüsusi rola malikdir. Mediamız inkişaf edir və bu sahə Azərbaycan siyasətində aparıcı, dominant sektorlardan birinə çevrilib. Bu səbəbdən də Prezident İlham Əliyev tərəfindən media nümayəndələrinin təltif edilməsi bir daha təsdiq edir ki, həm media qurumlarına, həm də bu sahədə çalışan peşəkar insanlara xüsusi diqqət göstərilir. Medianın inkişafı ilə bağlı agentliyin fəaliyyət göstərməsi, media subyektlərinə dövlət büdcəsindən dəstəyin ayrılması da bunu təsdiqləyir.

Artıq yeni düzəndə Azərbaycan mediası üçün yeni çağırışlar və prioritetlər mövcuddur. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan mediası bu çağırış və prioritetlərə peşəkarcasına cavab verəcək və ölkəmizin inkişafına öz töhfəsini verəcək", - deyə millət vəkili qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən