Ərdoğan Kamran Əliyevi qəbul etdi

 20:38 22.07.2025     93

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, qəbulda Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk də iştirak edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələri, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq və hüquqi sahələrdə davam edən birgə işlər müzakirə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən