Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verildi

Azərbaycanda həbs olunan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, 1999-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Məlumata görə, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilən D.A.Suyunov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanına təhvil verilib.