FHN Ağdam və Ağdərədəki yanğınlarla bağlı yeni məlumat YAYDI

 15:02 23.07.2025     219

Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.

Bu barədə Redaktor.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən