Şuşada açıq havada sərgi təşkil olunub - FOTO

 15:09 23.07.2025     102

3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Qarabağın mədəni irsi və tarixi abidələri ilə bağlı açıq havada təşkil olununan sərgiyə qonaqlar tərəfindən baxış keçirilib.

Redaktor.az xəbər verir ki, sərgidə bölgənin tanınmış memarlıq və tarixi irs nümunələri - Yuxarı Gövhər Ağa məscidi, Ağdam Cümə məscidi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Mehmandarovların malikanə kompleksi və digər önəmli abidələr barədə MEDİA könüllüləri tərəfindən geniş məlumat təqdim olunub.

Abidələrin böyük bir qisminin işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən orijinal memarlıq üslubu və tarixi xüsusiyyətləri qorunmaqla bərpa və konservasiya olunması forum iştirakçılarının diqqətinə çatdırılıb.

Ziyarətçilər sərgi vasitəsilə Qarabağın qədim və zəngin mədəni irsi, bölgənin tarixi-memarlıq əhəmiyyəti, eləcə də bu istiqamətdə aparılan sistemli və kompleks tədbirlərlə yaxından tanış olmaq imkanı əldə ediblər.

22
Vumart və Güvən reklamı Vumart Güvən