Sabah bu rayonda 1000-dən çox abonentin qaz təminatında fasilə yaranacaq

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Redaktor.az "Reporta" istinadən xəbər verir ki, Biləsuvar şəhəri, "Təyyarə Meydanı" adlanan yaşayış massivində “Təmiz Qaz” QSC-nin xidməti tərəfindən yeraltı qaz xəttində aşkar olunan qaz sızması aradan qaldırılılacaq.
Bu məqsədlə iyulun 24-də aat 10:00-dan etibarən işlər başa çatanadək Muğan, Yuxarı Ağalı kəndləri, "Təyyarə Meydanı" yaşayış massivi və şəhərin bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır. Qeyd olunan tədbirlər çərçivəsində ümumilikdə 3 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təminatında fasilə yaranacaq.