Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

 17:07 23.07.2025     82

Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Redaktor.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, iyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən