Əlövsət Allahverdiyevin kitabının təqdimatı keçirildi - FOTO

 17:12 24.07.2025     199

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uğur” Maarifçilik ictimai birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində hüquq üzrə fəlsəfə doktoru, dos. Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyevin müəllifi olduğu “Rəqəmsallaşan dünyada insan alverinə qarşı mübarizənin yeni çağırışları” adlı elmi-analitik kitabın 24 iyul 2025-ci il tarixində Bakı Avrasiya Universitetində təqdimat mərasimi keçirildi.

Redaktor.az xəbər verir ki, təqdimat mərasimi insan hüquqları və rəqəmsal təhlükəsizlik kontekstində aktual olan insan alveri probleminə ictimai diqqəti yönəltmək və bu istiqamətdə mövcud boşluqların aradan qaldırılmasına töhfə vermək məqsədi daşıyır.

Tədbirdə bir sıra dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. O cümlədən, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçiləri, AVCİYA-nın (Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) əməkdaşı, 1905.az portalının rəhbəri s.e.ü.f.d. Fuad Babayev, Crossmedia.az analitik informasiya portalının baş redaktoru BDU-nun müəllimi, siyasi şərhçi, Səhiyyə Nazirliyindən nümayəndə, DİN və İnsan Hüquqlarının Qorunması üzrə İctimai Şuranın sədrləri, İctimai fəallar, QHT rəhbərləri və hüquq müdafiəçiləri, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları və vəkillər iştirak ediblər.

Təqdim olunan kitab insan alverinin müasir rəqəmsal texnologiyalar vasitəsilə necə yeni formalar aldığına, qurbanların daha tez tapılması və manipulyasiya olunmasına gətirib çıxaran onlayn mexanizmlərə, habelə bu sahədə qanunvericilik və profilaktik fəaliyyət sahəsində görülməsi vacib olan tədbirlərə diqqət çəkir. Eyni zamanda kitabda dövlət qurumlarının rolu, texnologiya şirkətlərinin etik və hüquqi məsuliyyətləri, media və vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr də geniş təhlil olunur.

525 səhifədən ibarət olan kitab kitab Azərbaycan və ingilis dillərində nəşr olunub və beynəlxalq əməkdaşlığa, eləcə də regional təhlükəsizlik mexanizmlərinə dair tövsiyələr də təqdim edir. Artıq beynəlxalq səviyyəli elektron kitabxanaların saytlarında yerləşdirilmişdir və hər kəs üçün istifadəyə açıqdır. Kitabın elmi redaktoru və ingilis dilinə çevirəni hüquq üzrə fəlsəfə doktoru, BDU-nun hüquq fakültəsinin müəllimi Şahin Məmmədrzalıdır.

Tədbirdə çıxış edən iştirakçılar kitabın aktuallığını və praktik əhəmiyyətini vurğulayıb, insan alveri ilə mübarizənin yalnız hüquqi deyil, həm də sosial və texnoloji aspektlərini əhatə edən kompleks yanaşma tələb etdiyini bildiriblər.

Təqdimatın sonunda iştirakçılara kitabın nüsxələri təqdim olunub və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Redaktor.az

2222222
Vumart və Güvən reklamı Vumart Güvən