Paltar rəngləri hisslərimizə güclü təsir göstərir - Araşdırma

 17:59 24.07.2025     125

Son zamanlar xaricdə aparılan araşdırmalar göstərir ki, geyimdə seçilən rənglər insanın əhval-ruhiyyəsinə və psixoloji durumuna ciddi təsir edir. ABŞ və Böyük Britaniya mətbuatında yayılan məlumatlara görə, paltar rəngi yalnız görünüş deyil, həm də emosional vəziyyətimizi müəyyənləşdirir.

Redaktor.az "New York Post" nəşrinə istinadla xəbər verir ki, mavi və yaşıl rənglər insanı sakitləşdirir, stres səviyyəsini azaldır. Bu rənglər xüsusilə iş yerlərində və evdə rahatlıq yaratmaq üçün tövsiyə olunur. Həkim və psixoloqlar bu rənglərin təzyiqi aşağı salaraq, diqqəti artırdığını bildirirlər.

Böyük Britaniyada Marie Claire jurnalı isə "dopamin geyimi" adlı yeni trendi işıqlandırır. Parlaq rənglərdən ibarət geyimlər, məsələn, sarı, narıncı və qırmızı kimi tonlar, insanda xoşbəxtlik və enerji hissi yaradır. Moda dizaynerləri Moschino və Marc Jacobs da bu trendlə bağlı kolleksiyalar təqdim edib.

Digər tərəfdən, Who What Wear UK nəşri 2025-ci ilin bahar-qış rəng palitrasında toz pembəsinin önəmindən yazır. Bu rəng zəriflik, nostalji və sadəlik hissini oyandırır və xüsusilə qadın geyimlərində geniş istifadə olunur.

Psixoloqlar qeyd edir ki, geyim rəngi seçərkən insan həm öz daxili aləmini, həm də ətrafına göndərdiyi mesajı nəzərə almalıdır. Rənglərin psixoloji təsiri gündəlik həyatımızda daha yaxşı ruh halı və sosial münasibətlər üçün önəmlidir.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən