Mixail Qusman vəzifəsindən azad EDİLDİ

 23:39 24.07.2025     195

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Sərəncamda deyilir:

“Mixail Solomonoviç Qusman “Rusiyanın İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS)” Federal Dövlət Unitar Müəssisəsinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısıdır.

O, həmçinin, Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir (2018).

Vumart və Güvən reklamı Vumart Güvən