Bu rayonlara yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

İyulun 27-si saat 9:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 4, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaltan və Şahdağda 1 mm-dir.
Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şərq küləyi əsib və küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 17 m/s-dək güclənib.
İyulun 26-da havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti qeydə alınıb.