Bakıda konsertə görə bu yol BAĞLANDI

Bakı Olimpiya Stadionunda keçiriləcək konsert proqramı ilə əlaqədar olaraq Heydər Əliyev prospekti və Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi istiqamətindən stadion istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat verilib.
