Bu yol BAĞLANACAQ

 13:22 29.07.2025     109

Böyükşor-Pirşağı yeni avtomobil 6.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.

Redaktor.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən