Votsapda problem yarandı

 09:36 05.08.2025     103

Votsap mesencerində problem yaranıb.

Redaktor.az xəbər verir ki, istifadəçilər votsapın veb versiyasından istifadədə çətinliklə üzləşiblər.

Belə ki, hazırda mesencerin veb versiyasına daxil olmaq mümkün deyil.

Bununla belə, tətbiqlərin fəaliyyətini izləyən “Downdetector” xidməti hazırda votsapda hansısa problemin olmadığını bildirib. 

Xatırladaq ki, votsapda oxşar problem 3 həftə əvvəl də qeydə alınıb. Bu zaman dünya üzrə istifadəçilər tətbiqin veb versiyasına daxil ola bilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən