Təhsil nazirinin müavini işdən çıxarıldı - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Bəxtiyar Məmmədov təhsil nazirinin müavini Rəşad Xudiyevin vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
Rəşad Xəlil oğlu Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsindən azad edilsin”.
