"Hər şey yaxşı olacaq" - Bu gün onun ad günüdür

 10:12 07.08.2025     117

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın anım günüdür.

Redaktor.az xatırladır ki, 1991-ci ilin 8 avqustunda Kəlbəcərin Susuzluq kəndində dünyaya gələn Hökumə Əliyeva həyatını insanlara xidmətə həsr etmişdi.

O, təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində başa vuraraq, sonradan Azərbaycan Hava Yollarında çalışmışdı.

Hökumə Əliyeva 2024-cü ilin dekabrında baş verən aviasiya qəzasında sərnişinlərin həyatını xilas etməyə çalışaraq qəhrəmancasına həlak olub.

Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən qəhrəman təyyarə bələdçisi “Hər şey yaxşı olacaq” sözləri ilə yaddaşlara yazıldı.

Xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə sənədli film çəkilib, təqaüd proqramı təsis olunub və adı hərbi texnikaya verilib.

Vumart və Güvən reklamı Vumart Güvən