Tünd şokoladın təsirləri

 18:31 07.08.2025     51

Britaniyanın Kembric Universitetində aparılan araşdırma göstərir ki, gündəlik az miqdarda tünd şokolad istehlakı yaddaş və konsentrasiyanın yaxşılaşmasına kömək edir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqatda iştirak edən 100 nəfər üzərində 12 həftə ərzində aparılan testlər nəticəsində tünd şokoladın tərkibində olan flavonoidlər beyin fəaliyyətini stimullaşdırır.

Mütəxəssislər bildirirlər ki, flavonoidlər qan dövranını yaxşılaşdıraraq, sinir hüceyrələrinin fəaliyyətini artırır və beləliklə, xüsusilə yaşlı insanlarda yaddaş itkisinin qarşısını almağa kömək edir.

Araşdırma həmçinin qeyd edir ki, tünd şokoladın ölçülü istehlakı (gündə 20-30 qram) sağlam qidalanma rejiminin bir hissəsi ola bilər və ruh halını da yaxşılaşdırır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən