“Respublika” qəzeti bu tarixdən çapını DAYANDIRACAQ

 10:37 15.08.2025     139

Prezidentin İşlər İdarəsinin təsisçisi olduğu “Respublika” qəzeti çapını dayandırır.

Redaktor.az teleqraf.az-a istinadən xəbər verir ki, avqustun 18-dən etibarən (1-ci gün) qəzetin çapı dayandırlacaq.

Fəaliyyətinə son verilən qəzetin 25 əməkdaşı isə fəaliyyətlərini “Xalq qəzeti”ndə davam etdirəcək.

Xatırladaq ki, iyulun 11-də Prezident İlham Əliyev “Respublika” və “Xalq” qəzeti redaksiyalarının birləşmə formasında yenidən təşkili məqəsdilə Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Vumart və Güvən reklamı Vumart Güvən