Bu rayonda 330 ev qazsız qalacaq

Sabah Biləsuvar rayonunda 330 abonentin qaz təchizatı dayandırılacaq.
Redaktor.az ''Report''a istinadən xəbər verir ki, rayonun Təzəkənd kəndini təbii qazla təmin edən orta təzyiqli yeraltı qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşana qədər həmin yaşayış məntəqəsində ümumilikdə 330 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.