3 500 abonentin qazı kəsiləcək

 16:26 22.08.2025     65

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar olaraq qaz verilişində fasilə yaranacaq.

Redaktor.az-a Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən verilən məlumata görə, saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyib və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Vumart və Güvən reklamı Vumart Güvən