Humanizmin, sülhün simvolu - Mehriban Əliyeva

 10:19 26.08.2025     243

"Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyətində, elmində və humanitar sahəsində müstəsna xidmətləri olan ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın doğum günüdür.  Mehriban xanım Əliyevanın fəaliyyəti humanizmə, insanpərvərliyə və milli dəyərlərə dərin bağlılığa söykənir. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xeyirxahlığın, təmənnasız köməyin, mədəniyyətlərarası dialoqun və sülhün simvoluna çevrilmişdir. Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən layihələr milli-mədəni irsimizin qorunmasına, təhsilin və səhiyyənin inkişafına, sosial rifahın yüksəldilməsinə xidmət edir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın, uşaq  məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva özünün feysbuk hesabında yazıb.

"Mehriban Əliyeva həmçinin Azərbaycanın dünyada təbliğində, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və tolerantlıq ənənələrinin dünyaya çatdırılmasında böyük rol oynayır.  Onun  beynəlxalq arenada qazandığı nüfuz yüksək mənəvi keyfiyyətlərinin göstəricisidir.

Bu gün Mehriban xanım Əliyeva təkcə bir dövlət xadimi deyil, həm də Azərbaycan qadınının müasir simvoludur – zərifliyi, təvazökarlığı, zəhməti və müdrikliyi ilə hər bir insana nümunədir. Onun fəaliyyəti həm gənclər üçün yol göstəricidir, həm də xalqımızın qürur mənbəyidir.

26 avqust - dəyərli və əziz Mehriban xanımın doğum günü -  xalqımız üçün sevgi, ehtiram və minnətdarlıqla qeyd edilən bir gündür. Özünün ölçüyəgəlməz xeyirxah, humanist əməlləri ilə Azərbaycan və dünya qadın tarixinin  parlaq səhifəsini yazan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,  möhkəm can sağlığı, fədakar fəaliyyətində daim uğurlar arzulayırıq", - deyə deputat yekunlaşdırıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən