Bakı metrosunun I yarımillikdə daşımalardan əldə etdiyi GƏLİR

 11:39 26.08.2025     137

"Bakı Metropoliteni" QSC bu ilin yanvar-iyun aylarında sərnişin daşımalarından 54 milyon 37,2 min manat gəlir əldə edib.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,7 % çoxdur.

Hesabat dövründə metropolitenin xidmətlərindən 111 milyon 394,7 min nəfər (-1,6 %) istifadə edib.

Xatırladaq ki, Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.

Vumart və Güvən reklamı Vumart Güvən